Etimad Başkeçid
Muradov Etimad Murtuz oğlu (Etimad Başkeçid; 14 iyul 1966, İpnari, Dmanisi rayonu) — azərbaycanlı şair, yazıçı, jurnalist, tərcüməçi.
== Həyatı ==
Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. 2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir.
2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.